27 C
Baku
10 İyun 2025, 10:07
Dünya

Putin və Kimdən ittifaq bəyannaməsi: Hücum olarsa, bir-birimizə kömək edəcəyik

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In tərəflərdən birinə hücum olacağı təqdirdə qarşılıqlı yardımı nəzərdə tutan saziş imzalayıb.

Rusiya prezidenti Vladimir Putin 24 ildən sonra Şimali Koreyaya rəsmi səfər edib. Pxenyana sonuncu dəfə 2000-ci ilin iyulunda prezidentliyinin ilk ilində səfər edən Putin yeni səfəri zamanı Şimali Koreya ilə hərtərəfli tərəfdaşlıq sazişi imzalayıb.

Rusiya prezidenti Putin Şimali Koreya ilə imzaladıqları hərtərəfli tərəfdaşlıq sazişinin tərəflərdən birinə hücum olacağı təqdirdə qarşılıqlı yardımı nəzərdə tutduğunu açıqlayıb.

“Reuters”in məlumatına görə, Şimali Koreya lideri Kim Çen In paytaxt Pxenyanda Putini mərasimlə qarşılayıb. Mərasimdən sonra iki lider danışıqlar aparmaq üçün Kumsusan Sarayına gedib.

Kim və Putin arasında keçirilən görüşlərdə bir çox məsələ müzakirə edilsə də, “strateji tərəfdaşlıq” razılaşması da diqqət çəkib.

Mövzu ilə bağlı açıqlamasında Rusiya lideri, sözügedən razılaşmada iki ölkənin xarici təcavüz halında bir-birinə kömək etmək barədə razılığa gəldiyini ifadə edən maddənin olduğunu bildirib və deyib:

“Bu gün imzalanmış hərtərəfli tərəfdaşlıq sazişi digər məsələlərlə yanaşı, bu sazişin tərəflərindən birinə qarşı təcavüz halında qarşılıqlı yardımın göstərilməsini nəzərdə tutur”.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın qorxduğu şey baş verə bilər: İranın İsrailə hücumu ilə bağlı diqqətəlayiq iddia!

Aynur Camal

Massimiliano Alleqrinin “Yuventus”dakı taleyi məlum oldu

Nigar Məmmədova

Almaniya da qadınları orduya cəlb edəcək

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu