34 C
Baku
27 İyul 2025, 16:47
Dünya

Putin və Paşinyan regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan paytaxt Moskvada regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Kreml Sarayından verilən açıqlamaya görə, Putin və Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) Zirvə Toplantısından sonra Kreml Sarayında görüşüb.

Görüşün mətbuata açıq hissəsində çıxış edən Putin iqtisadiyyat sahəsində əməkdaşlığa önəm verdiklərini ifadə edərək, “Ermənistanın Aİİ ölkələri ilə qarşılıqlı ticarət həcmi 14 dəfə artıb. İkitərəfli əlaqələr də kifayət qədər uğurla inkişaf edir. Ticarət həcmi 7 milyard dolları keçib: “İqtisadi əlaqələrimizdə belə bir rəqəm indiyə qədər görülməyib. Təbii ki, ticarət həcminin artması ilə bağlı deyil, regionda təhlükəsizliklə bağlı məsələlər də var” deyib.

Ermənistanın baş naziri Paşinyan da ikitərəfli münasibətlərin və regional məsələlərin vacibliyinə işarə edərək, “Biz sonuncu dəfə ötən ilin dekabrında görüşmüşük. Təbii ki, müzakirə edilməli olan məsələlər o vaxtdan yığılıb” deyib.

Qeyd edilib ki, Putin-Paşinyan aradında görüş bir saata yaxın davam edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Yaponiyanın iki əyalətini alov bürüdü

Aynur Camal

ABŞ-ın Pensilvaniya ştatında qatar qəzası: 3 ölü

Aynur Camal

Emosional tükənmənin əlamətlərini və onunla mübarizə yolları

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu