Baş xəbərDünya

Putin “Yars” nüvə raketi ilə Qərbi və Ukraynanı qorxutdu

Rusiya Ukrayna ilə Qərb arasında gərginliyin davam etdiyi dövrdə “nüvə xəbərdarlığı” və “Qərbi qorxutmaq” üçün təlim keçirib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Volqa bölgəsində nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raketinə sahib qoşunların raket atıcılarının məxfiliyini artırmaq üçün meşəlik əraziyə dağılmaq vəzifəsini yerinə yetirdiyi bildirilib. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Volqa çayı bölgəsində “Yars” qitələrarası nüvə ballistik raketi ilə təlim keçirildiyi bildirilib. Bildirilib ki, raketlər “döyüş patrul marşrutları”nda kamuflyaj altında yerləşdirilib.

Bildirilib ki, raket bölməsi “Yars” raket qurğularının məxfiliyini artırmaq məqsədi ilə meşə ərazisinə səpələnmək vəzifəsini yerinə yetirib. Qeyd olunub ki, qoşunlar təxribat qruplarına qarşı müdafiə təlimləri də keçirib.

Paylaşılan görüntülərdə nüvə raketlərinin qarla örtülmüş meşədə irəlilədiyi anlar əks olunub. Ukrayna ilə bağlı Qərblə gərginliyin davam etdiyi bir vaxtda Rusiyanın bu addımı “nüvə xəbərdarlığı” və “Qərbə hədə-qorxu” kimi şərh edilib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

24 qeyri-qanuni immiqrant yük maşınına mindirilərkən yaxalandı

Kəmalə Sultan

Kamala Harris kimdir?

Aynur Camal

Avropa Şurası Türkiyədə zəlzələdən zərərçəkənlər üçün sərgi təşkil edib

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu