25 C
Baku
10 Sentyabr 2025, 11:50
Dünya

Putindən şərti atəşkəs bəyanatı

Son dəqiqə: Putindən şərti atəşkəs bəyanatı: Rusiya zəmanət verəcək

Rusiya prezidenti Putindən Ukraynadakı müharibə ilə bağlı mühüm açıqlama gəlib. Putin atəşkəs və danışıqların başlanması şərtlərini açıqlayıb.

Rusiya prezidenti Putin bildirib ki, Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojyadan qoşunlarını çıxarsa və NATO-ya üzv olmaq istəyindən əl çəkərsə, danışıqlara başlaya bilərlər.

Putin açıqlama verib: “Rusiya geri çəkiləcək Ukrayna qüvvələrinin təhlükəsizliyinə zəmanət verəcək”.

Putin, “Bizi İsveçrədəki konfransa dəvət etmədilər. Rusiya olmadan, bizimlə açıq və məsuliyyətli dialoq qurmadan Ukrayna və Avropa təhlükəsizliyinə həll yolu tapmaq mümkün deyil” deyib.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Kanada Ukraynaya 350 milyon dollar kredit verib

Aynur Camal

Ən az və ən çox yatan ölkələr açıqlandı!

Aynur Camal

Zuckerberg deyir ki, Musk ‘qəfəs döyüşü’ mövzusunda ciddi deyil

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu