19 C
Baku
8 Sentyabr 2024, 3:56
Baş xəbərSiyasət

Putindən təhdid kimi açıqlama: “Ukraynaya uran sursatları göndərilsə, lazımi cavabı verəcəyik”

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Britaniya Ukraynaya tükənmiş uran sursatını göndərərsə, lazımi cavabı verəcəyik.

Bugun.tv xəbər verir ki, bu sözləri prezident Kreml sarayında bir araya gələn Putin və Çin sədri Si Cinpi ilə birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.

Danışıqların “uğurlu”, “konstruktiv” və “səmimi” keçdiyini bildirən Putin, Xi ilə iki birgə bəyannamə imzaladıqlarını ifadə edərək, “Bu bəyannamələr Rusiya-Çin münasibətlərinin xüsusi xarakterini tam əks etdirir. Tarixin ən yüksək inkişaf səviyyəsində real hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət nümunəsini əks etdirir”- deyə vurğulayıb.

Çinlə hər səviyyədə qarşılıqlı əlaqədə olduqlarını qeyd edən Putin, əlavə edib ki, iki dövlət arasındakı bu əlaqələr ən çətin vəziyyətlərdə belə bütün problemlərə həll yolları tapmağa, ikitərəfli və beynəlxalq gündəmdəki bütün aktual məsələləri şəxsi nəzarətdə saxlamağa imkan verir.

Xi ilə görüşdə Ukraynadakı vəziyyəti də müzakirə etdiklərini qeyd edən Rusiya prezidenti Putin, “Biz düşünürük ki, Çinin irəli sürdüyü sülh planının bir çox müddəaları Rusiyanın yanaşmaları ilə uyğundur və bir razılaşma üçün əsas götürülə bilər. Qərb və Kiyev hazır olduqda sülh yolu ilə həll edilə bilər. Hələlik biz onların buna hazır olduğunu görmürük”.

Böyük Britaniyanın Ukraynaya tükənmiş uran sursatları göndərəcəyi ilə bağlı açıqlamasını dəyərləndirən Putin, “Bu baş verərsə, Rusiya lazımi cavab verməli olacaq” – deyə cavab verib.

Çin prezidenti isə öz növbəsində bildirib ki, Çin-Rusiya əlaqələri ikitərəfli münasibətlərdən daha da irəli gedərək, müasir dünya nizamı və bəşəriyyətin taleyi üçün həyati əhəmiyyət kəsb edir.

Çin və Rusiyanın BMT TŞ-nin daimi üzvləri olduğuna diqqət çəkən Xi, “Biz beynəlxalq ictimaiyyətlə birlikdə BMT nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan beynəlxalq münasibətlərin əsas normalarını qətiyyətlə dəstəkləməyə davam edəcəyik” – deyib.

Ötən ay Ukrayna böhranının həlli planını dərc etdiklərini xatırladan Xi, “Bu böhranın həllində BMT Nizamnaməsinin məqsəd və prinsiplərini əsas götürürük, obyektiv və qərəzsiz mövqe nümayiş etdiririk, barışığı dəstəkləyirik və danışıqların bərpası. Bizim mövqeyimiz məsələnin mahiyyətinə və həqiqətə əsaslanır. Biz hər zaman sülh və dialoqun tərəfdarıyıq, tarixin doğru tərəfindəyik”. Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Ermənipərəst senatora qarşı yeni ittihamlar irəli sürüldü

İntizar Əmirova

Evdən tapança və metamfetamin aşkarlandı

Aynur Camal

Sobadan zəhərlənmə oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu