18 C
Baku
25 Aprel 2025, 22:56
Dünya

Putindən yeni Çin göstərişi: Əməkdaşlıq olacaq!

Rusiya və Çin yeni əməkdaşlıq etməyə davam edir. Rusiya prezidenti Vladimir Putin Rusiya hökumətinə və Sberbank-a süni intellekt sahəsində Çinlə əməkdaşlıq etməyi tapşırıb. İki ölkənin əməkdaşlığı dünya mətbuatında böyük səs-küyə səbəb oldu…

Müharibə şəraitində olan Rusiya hələ də gündəmdədir. Rusiya ilə Çin arasında yeni əməkdaşlıq addımı diqqət çəkib. Rusiya prezidenti Vladimir Putin Rusiya hökumətindən və ölkənin ən böyük bankı olan Sberbankdan Çinlə süni intellekt sahəsində əməkdaşlığı inkişaf etdirməyi xahiş edib. Kremldən verilən yazılı açıqlamaya görə, Putin süni intellekt sahəsində müxtəlif göstərişlər verib.

ƏMƏKDAŞLIQ EDİLƏCƏK

Putin Rusiya hökuməti və Sberbank-a Çinlə süni intellekt sahəsində əməkdaşlığı inkişaf etdirməyi tapşırıb və bu sahədə beynəlxalq jurnalın nəşrini istəyib. Qərb ölkələrinin yüksək texnologiyalı məhsullar sahəsində hərtərəfli sanksiyalar tətbiq etdiyi Rusiya bu sahədə BRİKS ölkələri ilə əməkdaşlığı yaxşılaşdırmağa çalışır.

Putin dekabrın 11-də verdiyi bəyanatda bildirmişdi ki, Rusiya süni intellekt sahəsində qlobal yarışda iştirak etmək üçün işlərini sürətləndirəcək.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Demokratlar Konqresinin son günü: Harris bütün amerikalılar üçün prezident olacağını vəd edir

Aynur Camal

Gərginlik pik həddədir! Rusiya-Ukrayna müharibəsində ilklər baş verdi: Almaniyadan ilk açıqlama

Aynur Camal

Rusiya ordusu Ukraynada binaları vurdu, 8 nəfər öldü

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu