11 C
Baku
20 Aprel 2025, 8:27
Baş xəbərDünya

Putin:”Donanmalarda yoxlamaların bərpası davam etdirilməlidir”

Bugun.tv xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Rusiyanın müdafiə naziri Sergey Şoyquya Rusiya donanmalarında yoxlamaları davam etdirməyi tapşırıb.

Saraydan verilən açıqlamaya görə, Putin Kreml sarayında Şoyqu ilə görüşüb.

Görüşdə Putinə Rusiyanın Sakit Okean Donanmasında başlayan yoxlamalar barədə məlumat verən Şoyqu, “Yoxlamalar çərçivəsində 25 mindən çox əsgər, 167 döyüş gəmisi, 12 sualtı qayıq, 89 təyyarə və helikopter istifadəyə verilib və döyüş vəziyyətinə gətirilib” – deyə hesabat verib.

Yoxlamaların yekun mərhələsinin aprelin 18-də keçiləcəyini bildirən Şoyqu, yoxlamalardan sonra donanma hissələrinin daimi mövqelərinə qayıdacaqlarını bildirib.

Rusiya prezidenti Putin isə Ukrayna istiqamətində Rusiya qüvvələrinin istifadəsinə diqqət çəkərək deyib: “Lakin heç kim dəniz donanmasının, o cümlədən Sakit okean regionunun inkişafı ilə bağlı tapşırıqları ləğv etməyib və ya aradan qaldırmayıb. Ona görə də sizdən bu istiqamətdə işi davam etdirməyinizi və digər donanmalarda da analoji səlahiyyətlərin inkişafı və hazırlanmasına önəm verməyinizi xahiş edirəm. Donanma qüvvələrinin bəzi komponentləri bütün istiqamətlərdə qarşıdurmalarda istifadə oluna bilər. Buna diqqət yetirin”.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Bu gün Müslüm Maqomayevin anadan olmasından 80 il keçir – FOTO

Aynur Camal

Baş nazir tıxacda qalaraq APEC Sammitində iştirak edə bilmədi

Aynur Camal

UEFA-nın yeni prezidentinin kimliyi bəlli oldu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu