ABŞ-a nadir torpaq elementlərinin ticarəti sahəsində əməkdaşlıq təklif edən Rusiya prezidenti Putin, Rusiyanın ehtiyatlarına görə Ukraynadan qat-qat artıq olduğunu bildirib. Rusiya ABŞ-ın hərbi xərcləri yarıya qədər azaltmaq təklifini də alqışlayır. Rusiya prezidenti Vladimir Putin, “Rusiya ABŞ-a nadir torpaq elementləri sahəsində birgə işləmək imkanı təklif etməyə hazırdır. Şübhəsiz ki, bu tip resurslarımız Ukraynadan daha çoxdur” deyib.
Putin cari məsələlərlə bağlı Rusiyanın “Rossiya-24” dövlət kanalına açıqlama verib.
ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskini prezident seçkilərinə istiqamətləndirdiyinə diqqət çəkən Putin, “Trampın Ukraynadakı siyasi vəziyyəti yaxşılaşdırmaq istədiyinə inanıram. Bu təşəbbüs Rusiyadan daha çox Ukraynanın marağındadır” deyib.
Trampın Ukraynada da Rusiya kimi sülh istədiyini ifadə edən Putin, “Bu, Ukraynanın və Ukrayna dövlətinin xeyrinədir. Bizim Ukrayna dövlətinin qorunmasına etirazımız yoxdur” deyib.
Rusiyanın məlumatlarına görə, Zelenskinin prezident olmaq şansının aşağı olduğunu deyən Putin, “Səslərin nisbəti onun ən yaxın siyasi rəqibi, yəni Londona sürgün edilmiş Ukraynanın keçmiş Baş Qərargah rəisi Valeri Zalujnından düz iki dəfə çoxdur” deyib.
Avropalı rəsmilərin Ukraynadakı proseslərdən xəbərsiz olduğunu deyən Putin, “Avropalılar çox söz verdilər, indi itkisiz bu yanaşmadan uzaqlaşmaları çox çətindir” deyə qiymətləndirməsini edib.
BRİKS üzvlərinin Ukrayna ilə bağlı fikrinə dəyər verdiklərini ifadə edən Putin bu məsələni Çin sədri Si Cinpinlə də danışdığını və tezliklə Nyu-Yorkda məsləhətləşmələrin aparılacağını qeyd edib.
ABŞ və Ukrayna arasında nadir torpaq elementləri ilə bağlı Putin deyib: “Bunun bizə aidiyyəti yoxdur. Rusiya ABŞ-a nadir torpaq elementləri sahəsində birgə işləmək imkanı təklif etməyə hazırdır. Təbii ki, bizdə bu növ ehtiyatlar Ukraynadan daha çoxdur. Rusiya nadir torpaq elementlərinin bu ehtiyatlarına görə şəksiz liderlərdən biridir” deyib.
ABŞ və Rusiyanın müdafiə xərclərinin azaldılması ehtimalı ilə bağlı Putin, “ABŞ ilə müdafiə büdcələrinin qarşılıqlı olaraq 50 faiz azaldılması yaxşı bir fikirdir və Çin istəsə sonradan da qoşula bilər” deyib.
ABŞ-ın alüminium idxalına tətbiq etdiyi rüsumlardan danışan Putin, “ABŞ istehsalçılarımıza bazar açmağa qərar verərsə, təxminən 2 milyon ton ixrac edə bilərik. Düşünürəm ki, bu, qiymət sabitliyinə müsbət təsir edəcək. Üstəlik, düşünürəm ki, ən əsası Amerika şirkətləri ilə birlikdə bu sahədə birgə iş apara bilərik” deyib.
Trampın “Rusiya ilə mühüm iqtisadi layihələrlə bağlı məsləhətləşmələr aparılır” açıqlamalarını dəyərləndirən Putin, “Bəli, bəzi şirkətlərimiz bir-biri ilə təmasdadır və bu cür layihələri idarə edir” deyib.
Mənbə: HaberGlobal