Bugun.tv xəbər verir ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) prezident Putinin evinin yaxınlığında partlayıcı qurğu ilə yaxalanan şübhəlinin görüntülərini yayıb.
Moskva qüvvələri Rusiyanın cənubunda Rusiya prezidenti Vladimir Putinin evinin yaxınlığında bir Ukraynayönlü diversantın bomba ilə tutulduğunu açıqlayıb.
FSB əməkdaşları tərəfindən “terrorçuluq” şübhəsi ilə saxlanılan 42 yaşlı kişinin adı açıqlanmayıb və şübhəli şəxs Rusiya mətbuatında çıxan xəbərlərdə “Ukrayna neonasizmi tərəfdarı” kimi qələmə verilib.
Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FSB) təqdim etdiyi kadrlarda Rusiya qüvvələrinin hərbi forma geyinmiş şübhəli şəxsi təyin olunmuş ərazidən uzaqlaşdırdığı görünür.
FSB-nin mövzu ilə bağlı verdiyi açıqlamada şübhəlinin meşəlik ərazidə istifadəyə hazır əl istehsalı partlayıcı ilə tutulduğu bildirilib.
Şübhəlinin üzərindən partlayıcı qurğuların yığılması və istifadəsi ilə bağlı təlimatları da aşkarlanıb.
Yayımlanan kadrlara həmin şəxsin partlayıcı qurğularını gizlətmək üçün istifadə etdiyi məxfi anbarın görüntüləri də yer alıb.
Qərb mediası FSB tərəfindən saxlanılan şəxsin terrorizm ittihamı ilə təqsirli bilinəcəyi təqdirdə 20 ilə qədər həbs cəzası ala biləcəyini bildirib.
Britaniyanın Dailymail qəzeti sözügedən malikanənin Putinin Rusiyadakı şəxsi iqamətgahlarından sadəcə biri olduğunu vurğulayıb.
Xatırladılıb ki, ötən həftələrdə naməlum şəxslərin Kreml Sarayına pilotsuz təyyarələrlə hücumundan sonra Kreml Ukraynanı prezident Vladimir Putinə sui-qəsd cəhdində ittiham edib.
Putinə qarşı sui-qəsd iddialarından sonra Rusiyada təhlükəsizlik tədbirləri artırılıb və 9 May Qələbə bayramının əhatə dairəsi daraldılıb.
Mənbə: hurriyyət.tr