36 C
Baku
20 İyul 2025, 15:22
Dünya

Putinin Ukraynadan sonra növbəti hədəfi: Litva

ABŞ Birləşmiş Qərargah Rəislərinin keçmiş sədri Devid Petreus Litvanın Rusiyanın Ukraynadan sonra gözünün kəsildiyi ölkə olduğunu iddia edib.

ABŞ-ın keçmiş Baş Qərargah rəisi və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus Rusiya ilə bağlı diqqətçəkən iddia ilə çıxış edib.

Petreusun sözlərinə görə, Rusiya Ukrayna ilə məhdudlaşmayacaq.

Əgər Moskva administrasiyası Ukraynadakı müharibədə uğur qazansa, o, Avropadakı NATO ölkəsini işğal edə bilər.

PUTİNİN GÖZÜ LITVADA

İngiltərənin paytaxtı Londonda keçirilən tədbirdə danışan Petreus, “Rusiya Qərbin qətiyyətini görmək və ya daha geniş hücumun xəbərçisi olaraq Baltikyanı ölkəyə hücum edə bilər” deyib.

Petreus, “Rusiyanın məqsədi Ukrayna lideri Vladimir Zelenskini vəzifəsindən uzaqlaşdırmaq və bütün Ukraynaya nəzarəti ələ keçirmək üçün bir kukla liderdən istifadə etməkdir. Bunu etdikdən sonra diqqətlərini Baltikyanı bir ölkəyə yönəldəcəklər. Diqqətlə dinləsəniz, Litvanın adını tez-tez çəkirlər” deyib.

Petreus Rusiya prezidenti Vladimir Putinə “davamlı olaraq ikinci şans verdiyini” iddia etdiyi ABŞ prezidenti Donald Trampı da tənqid edib. Keçmiş MKİ rəhbəri Trampın sələfi Co Baydeni Ukrayna qüvvələrini lazımi səviyyədə silahlandıra bilmədiyi üçün hədəfə alıb.

İngiltərənin paytaxtı Londonda “Policy Exchange” beyin mərkəzində danışan Petreus, ABŞ prezidentinin iki həftə ərzində “fərqli bir yanaşma tətbiq ediləcəyi ilə hədələdiyini” xatırladaraq, “Bu dəfə nə olacağını görəcəyik” deyib.

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri həmçinin F-16 qırıcılarının Ukraynaya verilməli olduğunu müdafiə edib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Yük maşını ilə minik avtomobili toqquşub: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

İntizar Əmirova

Apple iPhone 16 təqdimatını təqdim edir

Aynur Camal

Kurti Kosovoda keçirilən ümumi seçkilərdə qalib gəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu