Baş xəbərSosial

Qəbir daşları sındırıldı – VİDEO

Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan Bugun.tv-yə verilən məlumata görə, Balaxanı bələdiyyəsinin balansında olan qəbiristanlıqda məzarlar dağıdılıb.

Fakta görə Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həyata keçirilən intensiv tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, qəbirstanlıqda təmir işləri görən 1989-cu il təvəllüdlü Seymur Daxilov saxlanılaraq cinayət məsuliyyətə cəlb edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu