22 C
Baku
12 Sentyabr 2025, 4:21
Baş xəbərDünya

“Qərb Kiyevin mülki obyektlərə davamlı zərbələrini səngidir”

Bugun.tv xəbər verir ki, Rusiyanın BMT-nin Cenevrədəki Baş Qərargahındakı daimi nümayəndəsi ikili standartları və qərəzliliyi Aİ ölkələrinin, ABŞ-ın və onların bəzi tərəfdarlarının vizit kartı adlandırıb.

“Kollektiv Qərb ölkələri Ukrayna hərbçilərinin Donbassda və Rusiyanın digər ərazilərindəki mülki hədəflərə davamlı zərbələrini susdurur”. Bunu çərşənbə günü Rusiyanın BMT-nin Cenevrədəki mənzil-qərargahındakı daimi nümayəndəsi Gennadi Qatilov deyib. O, BMT İnsan Hüquqları Şurasının (İHŞ) 53-cü sessiyasında Ukraynadakı vəziyyətlə bağlı müzakirələr zamanı çıxış edib.

“Bir daha əmin olduq ki, bədnam ikili standartlar və qərəzlilik Aİ ölkələrinin, ABŞ-ın və onların bir sıra havadarlarının vizit kartına çevrilib. Onlar Kiyev hakimiyyətinin halına yanır və cinayətlərinə göz yumurlar”, –  Rusiya diplomatik missiyasının rəhbəri bildirib.

Mənbə: TACC

Nigar Məmmədova

Oxşar xəbərlər

 Tovuzda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Kəmalə Sultan

Ən böyük uşaq kitab adları

Aynur Camal

Acqarına südlə yeyilməsi bəs edən, min bir dərdin dərmanı…

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu