26 C
Baku
21 İyul 2025, 2:32
Baş xəbər

Qərbi Azərbaycan İcması ABŞ rəsmilərinin antiterror tədbirləri ilə bağlı qərəzli bəyanatlardan narahatlığını bildirib

“Biz Qərbi Azərbaycan İcması olaraq Amerika Birləşmiş Ştatlarının rəsmilərinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi anti-terror tədbirləri ilə əlaqədar verdikləri qərəzli bəyanatlardan narahatlığımızı bildiririk”.

Bugun.tv xəbər verir ki, bu sözləri İcmanın məsələ ilə bağlı bəyanatında yer alıb. Bəyanatda, həmçinin deyilir: “Terror təhdidlərini dəf etmək və Konstitusiya quruluşunu bərqərar etmək üçün öz ərazisi daxilində tədbirlər həyata keçirmək Azərbaycanın suveren hüququdur. ABŞ tərəfinin son bəyanatları onun terrorçuluğa qarşı beynəlxalq mübarizədə nümayiş etdirdiyi mövqeyi və bu məsələ üzrə Azərbaycan Respublikası ilə onilliklər boyunca apardığı tərəfdaşlığa uyğun gəlmir”.

Diqqətə çatdırılıb ki, ABŞ hökumətinin Ermənistandan azərbaycanlıların qovulmasına, Ermənistanın Azərbaycan ərazilərini işğal edib oranı viran qoymasına, bir milyona yaxın azərbaycanlını oradan didərgin salmasına adekvat münasibət bildirməməsi fonunda, Azərbaycanın antiterror tədbirləri ilə bağlı qərəzli mövqe nümayiş etdirməsi təəssüf doğurur. Bundan başqa, Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd etdiyi halda, ABŞ tərəfi nədənsə ancaq Ermənistanın ərazi bütövlüyünə dəstək ifadə edir.

“Biz ABŞ hökumətini Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə, insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq”, – deyə bəyanatda vurğulanıb.

Mənbə:AzərTac

Bugün TV

Oxşar xəbərlər

Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirildi 

Kəmalə Sultan

Polis əməkdaşları profilaktiki tədbirləri davam etdirir

Kəmalə Sultan

Şinkou-17 gəmisi kosmik stansiyaya çatıb

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu