Dünya

Qəssam: “İsrailin 720 hərbi maşınını qismən və ya tamamilə məhv etmişik”

Bugun.tv xəbər verir ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde açıqlama verib. O, bildirib ki, İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bu yana 720 hərbi maşını qismən və ya tamamilə məhv ediblər.

Əbu Ubeyde video qeydində Əqsa tufanının 76-cı günündə İsrailə qarşı çıxmağa və böyük itkilər verməyə davam etdiklərini bildirib.

Ərazidəki müqavimət döyüşçülərinin İsrail əsgərlərini və hərbi maşınlarını hədəfə almağa davam etdiyini deyən Əbu Ubeyde, son bir həftə ərzində müqavimət qüvvələrinin azı 12 dəfə İsrail əsgərləri ilə birbaşa toqquşduğunu, snayperlərin isə 15 uğurlu hücum həyata keçirdiyini vurğulayıb.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Avropa banklarının ABŞ bankları ilə rəqabəti üçün böyüməsi tələb olunur

Aynur Camal

Aİ enerji şirkətlərinə əlavə vergi tətbiqini müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu