Bugun.tv xəbər verir ki, İnterpol ilk dəfə olaraq 3 fərqli ölkədə qətlə yetirilən 22 qadınla bağlı narahatlığını bildirib. Onların kimliyinin müəyyən edilməsi üçün ictimaiyyətə müraciət edib.
Fransada yerləşən beynəlxalq polis qüvvəsi olan İnterpol 1979-2019-cu illər arasında Hollandiya, Belçika və Almaniyada qətlə yetirilən qadınlar olduğunu açıqlayıb.
İnterpol 22 qadının robot şəkillərini və hər bir qadının fiziki xüsusiyyətlərini, aksesuarlarını, geyimlərini və videolarını öz internet səhifəsində paylaşaraq şəxsiyyətin müəyyən edilməsi üçün “Məni tanı” əməliyyatına başlayıb.
Mənbə: En sonhaber
