7 C
Baku
23 Dekabr 2024, 11:17
Baş xəbərDünya

Qəzada Tesla qapılarını kilidlədi, 4 nəfər yanaraq öldü

Kanadanın Toronto şəhərində Tesla markalı avtomobil yol qəzası zamanı qapılarını avtomatik kilidləyib. Nəqliyyat vasitəsində baş verən yanğın nəticəsində 4 nəfər həyatını itirib, yoldan keçən şəxsin şüşəni sındırması nəticəsində 1 nəfər xilas edilib. Kanadanın Toronto şəhərində baş verən qəzada Tesla markalı avtomobil yüksək sürətlə maneələrə çırpılıb. O zaman Tesla avtomatik olaraq qapılarını bağladı.

Avtomobildə baş verən yanğın nəticəsində 25 yaşlı Neelraj Qohil, onun 29 yaşlı bacısı Ketaba Qohil və onların dostları Cey Sisodiya və Diqvijay Patel faciəvi şəkildə dünyasını dəyişib.

Bir nəfər sağ qalıb

Avtomobildə olan 4 nəfər həyatını itirərkən, hadisə yerindən keçən poçt işçisi Rik Harperin sayəsində 20 yaşlarında bir qadın xilas edilib.

Harper yaxınlıqda tapdığı metal barla pəncərəni sındıraraq qadını son anda avtomobildən çıxara bilib. Harper, güclü tüstü səbəbindən avtomobildə başqa insanların olduğunu görə bilmədiyini söylədi.

Qəza zamanı elektrik kəsilməsi səbəbindən Tesla avtomobillərindəki elektron qapı sisteminin açılmadığı aydın olub. Mütəxəssislər Tesla istifadəçilərinə avtomobilin əl ilə açılma sisteminə malik olması barədə xəbərdarlıq ediblər. Lakin çox istifadə edilmədiyi üçün bəzilərinin bu xüsusiyyətdən xəbərsiz olduğu, qəza zamanı istifadənin məcburi olduğu bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Zorlama qalmaqalında məhkəmədən mürtəce qərar: İnsanlar etiraz aksiyası təşkil etdi

Aynur Camal

Yol çökərək 2 metrlik çuxur yaratdı

Sevinc Sadıqova

Növbəti tədris ili üçün “2022-2026-cı illər üzrə Dövlət Proqramı” çərçivəsində sənəd qəbulu başlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu