5 C
Baku
30 Yanvar 2026, 1:07
Baş xəbərHadisə

Qəzzada 1471 hafiz Quran oxuma proqramında iştirak edib

Bugun.tv xəbər verir ki, Qəzza zolağında keçirilən proqramda 1471 hafiz bir seansda Quran oxuyub.

Qəzzada Quran və Sünnə Yurdu Dərnəyinin Vəqflər və Diyanət İşləri Nazirliyi ilə birgə təşkil etdiyi proqrama Qəzzanın müxtəlif bölgələrindən yüzlərlə kişi və qadın hafiz qatılıb.

Qadın və kişilərin ayrı-ayrı məscidlərə toplaşaraq bir oturuşda Quran oxuduqları səhər namazı ilə başlayan proqram şam namazı ilə yekunlaşacaq.

Quran və Sünnə Yurdu Dərnəyinin sədri Bilal İmad verdiyi açıqlamada, “Proqramda qocalar və uşaqlar da daxil olmaqla 1471 hafiz iştirak edib. Hafizin ən kiçiyinin 8, ən böyüyünün isə 72 yaşı var”, – deyə bildirib.

Proqramda xüsusi qayğıya ehtiyacı olan 26 hafizin iştirak etdiyini deyən İmad bu il ikinci dəfə keçirilən proqramı növbəti illərdə də davam etdirmək istədiklərini qeyd edib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

“Cəzasızlıq müasir münaqişələri alovlandırır”

Aynur Camal

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edəcək

Aynur Camal

Kristin qasırğası təhsili və nəqliyyatı iflic etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu