24 C
Baku
29 İyun 2025, 1:36
Dünya

Qəzzada insanlığı utandıran görüntü!

Qəzzadan bəşəriyyəti utandıran görüntülər ortaya çıxıb. İsrail əsgərlərinin Cibaliyedə yüzlərlə fələstinli kişini zorla soyunduraraq saatlarla soyuqda gözlətdiyi anların dəlilləri CNN İnternational tərəfindən paylaşılıb. İsrailin Qəzzaya hücumları, dinc əhaliyə qarşı zülm və qırğınlar davam edərkən ortaya çıxan görüntü insanlıq faciəsini ortaya qoydu. CNN İnternational tərəfindən təqdim edilən görüntülərdə yaralılar da daxil olmaqla, gənc və yaşlı yüzlərlə fələstinlinin yarıçılpaq gözləmək məcburiyyətində qaldığı anların fotoşəkili ortaya çıxıb.

İsrail əsgərlərinin evakuasiya prosesi zamanı fələstinliləri dayandırması və Cenevrə Konvensiyasını saatlarla insanlığı utandıran rəftarla pozması anlar beynəlxalq media qurumları tərəfindən sərt şəkildə pislənib.

CNN İnternational xəbərlərində Cibaliyedəki dağıntılar arasında əksəriyyəti kişi olan 200 nəfərlik qrup arasında yaralıların olduğu bildirilib. Şahidlərin sözlərinə görə, bu şəxslər Cibaliyə qaçqın düşərgəsindən qaçmaq istəyərkən İsrail əsgərləri tərəfindən saxlanılıb.

İsrail Müdafiə Qüvvələri (IDF) utandırıcı görüntü ilə bağlı açıqlama verməkdən çəkinib. BMT, Qırmızı Xaç, Human Rights Watch və Amnesty İnternational kimi aparıcı insan haqları təşkilatları İsrailin bu hərəkətini pisləyib və bu təcrübəyə dərhal son qoyulmasını tələb ediblər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Ukraynaya yeni yardım paketi ayırır

Nigar Məmmədova

Siqaret çəkmək ruhi xəstəlik riskini 250 faiz artırır

Bugün TV

Google istifadəçiləri hiddətləndirən zəhlətökən Mesajlar problemini həll edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu