6 C
Baku
24 Fevral 2026, 7:21
Baş xəbərDünya

Qəzzada ölənlərin sayı 33 min 899-a yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33 min 899-a yüksəlib.

Bugun.tv xəbər verir ki, bu barədə TRT Haber məlumat verib.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 194 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 56 fələstinlinin həyatını itirdiyi, 89 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 33 min 899-a, yaralıların sayının isə 76 min 664-ə yüksəldiyi bildirilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Bugün TV

Oxşar xəbərlər

ABŞ ordusu Suriyanın əsas bazasından geri çəkildi

Aynur Camal

Palandökən yenidən dünya səhnəsində: Erzurum FIS Snoubord Dünya Kubokuna ev sahibliyi edəcək

Aynur Camal

Ramazan qadağalarla başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu