13 C
Baku
2 Dekabr 2025, 19:10
Digər

Qəbələdə Azərbaycan–Ermənistan Birgə Komissiyasının İclası: Məhəmməd Əsədullazadə prosesin regional əhəmiyyətini dəyərləndirdi

Azərbaycan və Ermənistan arasında delimitasiya-demarkasiya üzrə Birgə Komissiyanın 12-ci iclası bu dəfə sərhəddə deyil, Qəbələ şəhərində keçirilib.

Ötən həftə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak etmək üçün Azərbaycana səfər edib. Tərəflər iclasın Qəbələdə keçirilməsini iki ölkə arasında əlaqələrin inkişafında mühüm addım kimi dəyərləndiriblər.

Eyni gün Türkiyə və Ermənistan nümayəndələrinin də görüş keçirməsi proseslərin paralel şəkildə aparıldığını göstərir. Bu paralellik, analitiklərin fikrincə, regionda qarşılıqlı etimadın artmasına səbəb olur. Birgə Komissiyanın növbəti toplantısının Ermənistanda keçiriləcəyi və Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfər edəcəyi gözlənilir.

Siyasi ekspert, Milli Cəbhə Partiyasının başqanının müavini Məhəmməd Əsədullazadə mövzu ilə bağlı sosial media hesabında  paylaşım edərək bildirib ki, qarşılıqlı səfərlərin təşkili Rusiyanın prosesləri əngəlləmək cəhdlərini neytrallaşdırır.

Onun sözlərinə görə, Rusiya Ermənistanda müxtəlif ictimai şəxslər vasitəsilə Qarabağ məsələsini gündəmdə saxlamağa çalışır və bu, iki ölkə arasında sülh prosesinə mane olmaq məqsədi daşıyır.

Əsədullazadə qeyd edib ki, Azərbaycan və Ermənistan Rusiyanın regiondakı təsirini azaltmaq istiqamətində ciddi addımlar atarsa, “Yekun Sülh” müqaviləsinin imzalanması daha sürətli baş tuta bilər. Onun fikrincə, Ermənistanda gözlənilən parlament və konstitusiya referendumu proseslərin davamına təsir göstərəcək və seçkilərdən sonra anklavlarla bağlı razılaşmalar da daxil olmaqla, danışıqlarda ciddi irəliləyiş mümkün olacaq.

Məhəmməd Əsədullazadə Cəbhə Partiyasının başqanının müavini

Aynur Camal

Oxşar xəbərlər

Suqovuşanda suyun azalmasının səbəbi məlum oldu

Bugün TV

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” öz meydanında “Arsenal”a uduzdu

Bugün TV

300-dən çox yazıçı New York Times qəzetində yazmağı dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu