8 C
Baku
22 Dekabr 2025, 2:08
Dünya

Qədim Qüdsdə yəhudiliyin rəmzi olan menora təsvirli 1300 illik nadir kulon tapılıb

Qədim Qüdsdə, Məbəd Dağının cənub-qərb küncü yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı menora rəmzi ilə bəzədilmiş nadir qurğuşun kulon aşkarlanıb.

Tapıntının yaşı təxminən 1300 il olaraq müəyyən edilib və bu tip kulon dünyada cəmi ikinci nümunə sayılır.

Kulon yuxarı hissəsində ilməsi olan disk formasında hazırlanıb və zəncirdə taxılıb. Diskin hər iki tərəfində dairəvi çərçivə içində yeddi şamlı menora təsvir edilib, yuxarı hissədə isə bərabər məsafədə alov dilləri göstərilib. Kulonun bir üzü yaxşı vəziyyətdə qalıb, digər üzü isə patina ilə örtülüb.

Mütəxəssislər asma bəzəyi gec Bizans dövrünə (VI – VII əsrin əvvəlləri) aid binanın içində tapıblar. Digər tikililərin qalıqları ilə birlikdə bu ərazi Qüdsün ən qədim hissəsi olan Davud şəhərinin şimalında ucaldılan monumental qurğuların inşası zamanı yığılıb qalmış 8 metrlik torpaq qatının altında yerləşib. Ehtimala görə, kulon VIII əsrdə, Əməvilər xilafətinin hakimiyyəti dövründə buraya düşüb.

Tarixi mənbələrə əsasən, daha erkən Bizans dövründə yəhudilərin Qüdsə girişi qadağan edilib. Arxeoloqlar kulonun yəhudi tacirinə və ya zəvvara məxsus ola biləcəyini bildiriblər. Qazıntıların rəhbəri Yuval Baruxun fikrincə, bu tapıntı qadağalara baxmayaraq yəhudilərin şəhəri ziyarət etdiyini göstərib.

Tədqiqatçı həmçinin kulonun amulet funksiyası daşıdığını ehtimal edib. Məmulat qurğuşundan hazırlanıb və həmin dövrdə bu metal amuletlərin istehsalında geniş istifadə olunub. Baruxun sözlərinə görə, söhbət sadə əşyadan deyil, “şəxsi möhür, yaddaş və kimlik rəmzi”ndən gedib.

“Saf qurğuşundan hazırlanmış və menora ilə bəzədilmiş kulon son dərəcə nadir tapıntıdır. İndiyədək menora təsvirli şüşə və digər metallardan hazırlanmış kulonlar tapılıb, lakin qurğuşundan düzəldilmiş və üzərində menora olan dünyada cəmi bir başqa nümunə məlumdur. Mənşəyi bilinməyən həmin kulon ABŞ-ın Baltimor şəhərindəki Uolters İncəsənət Muzeyində saxlanılır. Diskin hər iki tərəfində menoranın təsvir edilməsi bu rəmzin dərin mənaya malik olduğunu göstərib”, – deyə “Rodina” jurnalı İsrailin Qədim Əsərlər İdarəsinə istinadla yazıb.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da şəhərin ortasında silahlı hücum! Çoxlu ölü və yaralı var

Aynur Camal

Tural İsmayılov: “Bu hadisələr Rusiyada vəziyyətin nə qədər kritik olduğunu göstərir”

Bugün TV

Beyrək Hüseynov yenidən mükafata layiq görüldü

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu