9 C
Baku
21 Dekabr 2025, 16:04
DünyaSiyasət

“Qərb Dağlıq Qarabağ ətrafındakı vəziyyətə hər cür müdaxilə etməyə çalışır”

“Qərb Dağlıq Qarabağ ətrafındakı vəziyyətə hər cür müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”.

Bugun.tv xəbər verir ki, bu fikri Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir. Hazırda Dağlıq Qarabağda təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti təmin edir. Lakin Qərb vəziyyətə müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, – Şoyqu Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclasında söyləyib.

Onun fikrincə, Qərb üçün əsas məsələ “Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqdır, regionun uzunmüddətli təhlükəsizliyini və rifahını təmin etmək deyil”.

“Buna misal olaraq hərbçilərin və xüsusi xidmət orqanlarının əməkdaşlarının daxil olduğu Aİ-nin Ermənistandakı mülki missiyasını göstərmək olar. Məncə, onların əslində nə etdiklərini izah etməyə ehtiyac yoxdur”, – Şoyqu bildirib.

“Bununla əlaqədar biz KTMT-nin regiona missiyasının göndərilməsi ilə bağlı işi davam etdirməyi zəruri hesab edirik”, – deyə baş nazir qeyd edib.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Bəy qaçdı, gəlin 20 kilometr qovaladı

Aynur Camal

Səudiyyə Ərəbistanından Qəzzaya 40 milyon dollarlıq dəstək gəldi

Aynur Camal

“Ukraynaya 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu