Baş xəbər

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının “Qaçqınlıq və Qadınlar” mövzusunda Beynəlxalq Konfransı dünya mətbuatında

1 mart 2025-ci il tarixində Qərbi Azərbaycan İcması Qadınlar Şurasının dəstəyi və təşkilatçılığı ilə online formatda “Qaçqınlıq və Qadınlar” mövzusunda Beynəlxalq Konfrans keçirmişdir.

Bugun.tv-xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində keçirilən bu konfransın məqsədi Mart ayının dünyada qadın haqları ayı olmasını nəzərə alaraq, beynəlxalq ictimaiyyətin diqqətini Qərbi Azərbaycandan erməni zülmündən qovulmuş Qərbi Azərbaycanlı qadınların pozulmuş hüququna cəlb etməkdir. Konfransa 12 ölkədən olmaqla, Azərbaycandan xaricdə diaspora fəaliyyətində çox böyük layihələr həyata keçirən 50-yə yaxın nüfuzlu Azərbaycan qadınları qatılmışdır. Konfransda 1987-91-ci illərdə Qərbi Azərbaycandan (indiki Ermənistandan) erməni vandallarının Azərbaycanlılara qarşı törətdiyi cinayət, etnik təmizləmə sayəsində doğma yurdlarından didərgin düşmüş və bugün ABŞ, Türkiyə, İngiltərə, Niderland, Belçika, İsveç, Kanada, Qazaxıstan, Özbəkistan, Fransada məskunlaşmış çox tanınmış və ictimai fəal xanım soydaşlarımız da iştirak edirdi. Konfransda İSESCO-nun Sosial və Humanitar elmlər departamentinin rəhbəri xanım Ramata Myabe və İSESCO-da fəaliyyət göstərən diplomat və beynəlxalq ekspert Dinara Quliyeva və xaricdə fəaliyyət göstərən Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Təşkilatının və Odlar Yurdu Təşkilatının rəhbərləri və üzvləri də iştirak edirdi.

 

Qeyd edək ki, QAİ-nin Qadınlar Şurasının bugünlərdə Qaçqınlıq və Qadın mövzusunda keçirilən beynəlxalq konfransının iştirakçıları yaşadığı ölkələrin mətbuatında 1987-91-ci illərdə Qərbi Azərbaycandan/indiki Ermənistandan məcburi qovulmuş 300 min Azərbaycanlının pozulmuş hüquqlarından dünya mətbuatında məqalələr dərc etdirmişlər.

Aynur Camal

Oxşar xəbərlər

4 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Günel İbrahim Bakı Reablitasiya Mərkəzinin əməkdaşlarına əlilliyi olan qadınlarla davranış qaydaları ilə bağlı təlim keçdi

Elnarə Dərziyeva

Partlayışda zərər görən Sursock Muzeyi yenidən ziyarətçilərə açıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu