25 C
Baku
20 İyul 2025, 7:55
Baş xəbərMədəniyyət

Qərbi Azərbaycan İrsi

Qərbi Azərbaycan İrsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar kitabının I cildi Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqlara qarşı törədilən vandalizm aktlarının dəhşətli mənzərəsini ortaya qoyub.

Bugun.tv-xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Millət vəkili qeyd edib ki, Ermənistanda azərbaycanlılara məxsus 700 qəbiristanlıqdan 201-nin tədqiq olunduğu bu kitabda peyk vasitəsilə qəbiristanlıqların monitorinq nəticələri ortaya qoyulub və aşağıdakılar müəyyən edilib:

– 157 qəbiristanlıq tamamilə məhv edilib;

– 42 qəbiristanlıq ağır şəkildə dağıntılara və vandalizm aktlarına məruz qalıb;

– 154 qəbiristanlığın məhvedilmə tarixi təyin edilib;

– 33 qəbiristanlığın məhvedilmədən əvvəlki və sonrakı peyk təsvirləri müəyyən edilib;

– 83 qəbiristanlıqda talan qeydə alınıb;

– 79 qəbiristanlıqda topoqrafiya dəyişdirilib;

– 31 qəbiristanlıqda struktur zədələmələri qeydə alınıb;

– Ümumilikdə 201 qəbiristanlıqdan 199-u məhv edilib, cəmi 2-si (Cücəkənd və Qaranamaz kənd qəbiristanlıqları) dövrümüzə qədər toxunulmaz gəlib çatıb;

– Qəbiristanlıqlar məhv edildikdən sonra qəbiristanlıq ərazilərinin 42 %-i kənd təsərrüfatı təyinatlı torpaqlar kimi, 24,5 %-i park və ictimai xarakterli məqsədlər üçün, 14,6 %-i yaşayış evlərinin həyətyanı sahələri, bağça və bostanlar üçün istifadə edilib, 9 %-nin üzərindən yollar çəkilib, 4,5 %-i üzərində sənaye obyektləri tikilib.

Kitabın müəllifləri Əziz Ələkbərli və Səbuhi Hüseynova və bu əsərin ortaya gəlməsində əməyi keçən hər bir şəxsə təşəkkür edir və minnətdarlığımı bildirirəm”.

Vasif Qafarov

Milli Məclisin deputatı

Aynur Camal

Oxşar xəbərlər

Bütün zamanların ən yaxşı 5 detektivi

Aynur Camal

Azərbaycanda övladlığagötürmə qaydası dəyişdi

Nigar Məmmədova

ChatGPT-də saxta xəbərlər yaydığı iddia edilən İran hesabları qadağan etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu