19 C
Baku
12 Oktyabr 2025, 23:34
Mədəniyyət

“Qərbi Azərbaycan: tarix, reallıqlar və yeni çağırışlar” mövzusunda elmi-praktik konfrans keçirildi

Bugun.tv xəbər verir ki, Qusar rayonunda “Qərbi Azərbaycan: tarix, reallıqlar və yeni çağırışlar” adlı elmi-praktik konfrans baş tutub. Tədbir Qusar Rayon İcra Hakimiyyətinin, “Vətəndaşların Sosial Rifahı naminə” İctimai Birliyinin (sədr: İradə Rzazadə), “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin (sədr: Məhluqə Rəhimova) və “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyinin (sədr: Firuzə Babayeva) birgə təşkilatçılığı ilə həyata keçirilib.

Konfransın əsas məqsədi Qərbi Azərbaycanın tarixi gerçəkliklərini, bugünkü reallıqlarını və qarşıda duran çağırışları müzakirə etmək, bu istiqamətdə elmi, ictimai və mədəni baxışların təqdim olunmasına şərait yaratmaq olub.

Tədbirdə tarix, filologiya, ictimai elmlər, kulinariya, dizayn və mədəni irs sahəsində tanınmış alimlər, ziyalılar və ekspertlər – tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev, STM sektor müdiri Əfqan Vəliyev, Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, UNEC Dizayn kafedrasının baş müəllimi Əli İsmayıl, AZTV-nin əməkdaşı Ətirə İsrafilqızı, Qərbi Azərbaycan üzrə araşdırmaçı Əli Vəliyev və digər qonaqlar çıxış ediblər.

Çıxışlarda Qərbi Azərbaycanın qədim tarixi kökləri, zəngin ədəbi və mədəni irsi, sosial ədalət məsələləri, eləcə də milli mətbəxin qorunması və təbliği kimi mövzular xüsusi vurğulanıb. Alimlər və ekspertlər qeyd ediblər ki, Qərbi Azərbaycan yalnız keçmişimizin deyil, həm də gələcək milli inkişafımızın ayrılmaz hissəsidir.

Konfransda həmçinin qeyd olunub ki, dövlət qurumları, ictimai təşkilatlar və alimlərin birgə fəaliyyəti bu istiqamətdə yeni imkanlar açır, tarixi həqiqətlərin beynəlxalq aləmdə tanıdılması üçün geniş perspektivlər yaradır.

Tədbir iştirakçıları yekdilliklə bildiriblər ki, Qərbi Azərbaycan məsələsi milli yaddaşın qorunması, tarixi ədalətin bərpası və gələcək nəsillərə həqiqətlərin ötürülməsi baxımından strateji əhəmiyyət daşıyıb.

Aynur Camal

Oxşar xəbərlər

Mir Cəlal Paşayev – Ədəbi kimliyi, elmi-nəzəri düşüncəsinin miqyasları ilə

Aynur Camal

Fərat Qalxanı əməliyyatı ekranlaşdırıldı – “KOMUTAN” / FOTOLAR

Aynur Camal

Tom Kruz “Doktor Strange” filminin davamında görünmədi .

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu