nın “Səma Xalaları” adlandırılacağını bildirib.
Bu qərar ölkədə mübahisələrə səbəb olub.
Çin aviaşirkəti olan Spring Airlines yeni elanda 25-40 yaş arası qadın stüardessalar axtarıldığı bildirilib. Maraqlıdır ki, bu qadınlar evli və uşaqları olmalıdır. Namizədlərdən ən azı bakalavr dərəcəsi, 1,62 ilə 1,78 metr arasında boyu və müştəri xidmətləri sahəsində təcrübəsi tələb olunurdu. Bu stüardessalar vəzifələrinin “Səma xalaları” adlandırılacağı açıqlanıb.
Spring Airlines-in İnsan Resursları şöbəsi iddia edir ki, “səma xanımları” yetkinliklərinə görə sərnişinlərə daha empatiya və anlayışla yanaşırlar. Bəyanatda aşağıdakılar yer alıb:
“Bu qadınlar uşaq böyüdüb və yaşlılara qulluq ediblər. Onların təcrübəsi sərnişinlərlə daha asan əlaqə qurmağa imkan verir”.
Çinin “Chao News” qəzetinin məlumatına görə, qadınlar üçün daha çox iş yeri yaratmaq üçün hazırlanmış bu plan, həmçinin yaş əsaslı iş məhdudiyyətlərini azaltmağı hədəfləyir. Lakin, bu elan sosial mediada böyük ajiotaj yaradıb. Mövzu Çinin Weibo sosial media platformasında tez bir zamanda 70 milyondan çox baxış toplayıb. Bununla belə, bir çox istifadəçi “göy xala” ifadəsinin qadınlara qarşı hörmətsizlik olduğunu qeyd edib. Evli bir stüardessa bu məsələ ilə bağlı aşağıdakı açıqlamanı verib:
“Bizim yeni məzunlarla müqayisədə üstünlüyümüz var. Biz uşaqlar böyütmüşük və yaşlılara qulluq etmişik. Biz tez-tez heyətdə “böyük bacı” rolunu öz üzərimizə götürürük.”
“SƏMA XALALARI” İLK DEYİL
Lakin, “səma xala” adı əslində ilk dəfə istifadə olunmur. Bu termin ilk dəfə 1990-cı illərdə Çinin mülki aviasiya sektorunda işdən çıxarılan tekstil işçilərinə stüardessa deyildikdə ortaya çıxıb.
Mənbə: Tgrthaber
