24 C
Baku
10 Sentyabr 2025, 6:47
Sosial

Qəribə xəstəlik…

Sizə nə var e, mən qəribə xəstəliyə tutulmuşam.

Arvadımdan savayı hansı qadına toxunuramsa, məni elektrik cərəyanı vurur.

Həkim, falçı qalmadı gedim, xeyri olmadı .

Dostum dedi bir həkim var Almaniyada oxuyub gəlib, gedək sənə baxsın. Həkim qadın idi. Əlimi ona toxunduran kimi məni elektrik enerjisi vurdu. Həkim mat qaldı.

Çox fikirləşəndən sonra dedi, gəl eksperiment edək, sənin qanından bir kişiyə köçürək görək nə alınır. Mənim qanımdan bir kişiyə köçürdü. Eksperiment müsbət alındı. Kişi öz arvadından savayı hansı qadına toxunurdusa, onu elektrik enerjisi vururdu.

Həkim jurnalistlərə eksperiment barədə müsahibə verəndən sonra səhəri xəstəxananın qabağında adam əlindən tərpənmək olmurdu. İynə atsaydın yerə düşməzdi. Arvadlar ərləri ilə gəlmişdilər. Arvadların üzündə təbəssüm, kişilərin üzündən zəhrimarlıq yağırdı.

Bu xəbər dünyaya yayıldı. Bir neçə ölkədə kişilər mənə ölüm şuarı ilə mitinq keçirtdilər. Qadınlar isə müdafiə fondu yaratdılar. Mənim qanımdan kişilərə vurulmasını tələb etdilər.

Müəllif: Yazıçı-dramaturq Əhməd Orucoğlu

Aynur Camal

Oxşar xəbərlər

Nazir ağacəkmə aksiyasında iştirak etdi

Aynur Camal

Sosial Tədqiqatlar Mərkəzi mətbuat xidmətlərinin fəaliyyəti ilə bağlı jurnalistlər arasında sorğu keçirib

Bugün TV

Nazir Anar Əliyev Daşkəsəndə vətəndaşları qəbul edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu