20 C
Baku
16 Oktyabr 2025, 15:29
Siyasət

Qətər əmiri Şarm əl-Şeyx sammitinə ümid edir

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani Şarm əl-Şeyx Sülh Sammitinin Fələstin probleminin hərtərəfli, ədalətli və davamlı həllinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Şeyx Təmim sosial media hesabından verdiyi açıqlamada Şarm əl-Şeyx Sülh Sammitinin müsbət nəticələrindən məmnunluğunu ifadə edib.

Qətər əmiri ümidvar olduğunu bildirib ki, sammit Qəzzalıların gözləntilərini qarşılayacaq və Fələstin məsələsinin hərtərəfli, ədalətli və davamlı həllinə töhfə verəcək gələcək razılaşmalar üçün müqəddimə olacaq.

Şeyx Təmim bütün tərəflərin əldə olunan ortaq razılaşmaya əməl etmələrini gözlədiklərini bildirib.

Oktyabrın 9-da ABŞ prezidenti Tramp Misirdə davam edən danışıqlarda İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb.

Müqavilə danışıqların aparıldığı Misirdə imzalanıb və İsrail hökumətinin təsdiqi ilə oktyabrın 10-da qüvvəyə minib.

Dünən Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəs razılaşmasını yekunlaşdırmaq üçün çoxsaylı liderlərin iştirakı ilə “Sülh Zirvəsi” keçirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Hulusi Kılıç İlham Əliyevi təbrik etdi

Bugün TV

İsrailli girovların ilk qrupu Qəzza zolağında Qırmızı Xaç təşkilatına təhvil verilib

Aynur Camal

Kremlin Türkiyədə Rusiya gəmisinin saxlanmasından xəbəri yoxdur

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu