Mövzu ilə bağlı Qətər Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.
Açıqlamada Qətərin xilasetmə işləri çərçivəsində Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş bölgələrə 10 min konteyner evi göndərəcəyi qeyd edilib.
Qətərin rəsmi agentliyi olan QNA-da yer alan xəbərdə Qətər əmiri Şeyx Təmim bin Hamed Al Thani-nin Türkiyəyə “hava körpüsü” yaradılmasına göstəriş verdiyi bildirilib.
İlk olaraq Beynəlxalq Qətər Axtarış və Xilasetmə Qrupundan bir qrupun hava gəmisi ilə gələcəyi bildirilən xəbərdə bu komandanın səhra xəstəxanası quracağı, humanitar yardım, qış şəraiti ilə mübarizə üçün materiallar və çadırlar gətirəcəyi bildirilib. Mənbə: aa.com.tr
