3 C
Baku
15 Dekabr 2025, 0:27
Baş xəbərDünya

Qətərin baş naziri Taliban lideri ilə görüşdü

Bugun.tv xəbər verir ki, Qətərin baş naziri bu ayın əvvəlində Əfqanıstanda Talibanın ali lideri ilə gizli görüşüb.

Məlumatı  CNN kanalı da təsdiqləyib.

Xəbərə əsasən görüş Qəndəharın cənubunda Talibanın ali lideri Heybətullah Axundzadə ilə Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl-Tani arasında baş tutub.

Bayden administrasiyası Vaşinqtonda Qətər tərəfindən tez bir zamanda məlumatlandırılıb. Daha sonra ABŞ dövlət katibi Antoni Blinken və eyni zamanda xarici işlər naziri olan Al-Tani arasında görüşdən bir gün sonra telefon danışığı edilib. Dövlət Departamentinin verdiyi qısa oxunuşda yalnız Blinkenin “Qətərin Əfqanıstanla bağlı davamlı köməyinə görə minnətdarlığı” qeyd edilib.

Qeyd edək ki, Qətər diplomatik mövcudluğu olmayan Əfqanıstanda ABŞ-ı qoruyan güc rolunu oynayır.

Bir vaxtlar dünyanın ən böyük ABŞ səfirliklərindən biri olan Kabildəki diplomatik iqamətgah 2021-ci ilin avqustundan bağlanıb və ABŞ diplomatik missiyasını Dohaya köçürüb.

Buna səbəb Amerikanın terrorçulara sığınacaq verilməməsi mövqeyində olmasıdır.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Dəhşətli qatar qəzasında ölənlərin sayı sürətlə artır – FOTO

Kəmalə Sultan

Avtomobil təhlükəsizlik kabinəsinə çırpıldı: 1 ölü, 3 yaralı var

Bugün TV

Gün ərzində Covid-19a yoluxanların sayı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu