7 C
Baku
22 Dekabr 2025, 7:54
Baş xəbərHadisə

Qəzəbli öküz sahibini yaraladı! – FOTO

“Biz özümüzə güvəndik, amma o bizdən kişi çıxdı”. Bugun.tv xəbər verir ki, bu fikirləri türkiyəli qəssab səsləndirib.

Belə ki, Rizədə kəsilmək üçün hazırladığı öküz ipdən qurtulmaq istəyərkən onu yaralayıb. Hadisə Boğazköydə baş verib. Ahmet Yazıcı və şəriklərinə məxsus kəsilməyə hazırlanan öküz kəndirindən qurtulmağa çalışarkən ortalıq qarışıb. Yazıcı öküzü saxlamaq istəyərkən müvazinətini itirərək yerə yıxılıb, aldığı zərbələrdən üzündən və başından xəsarət alıb.

Digər ortaqlar Turqut və Kadir Qars qaçmağa çalışan öküzü ağaca bağlamağa  çalışıblar. Bütün cəhdlərə baxmayaraq əsəbiləşən öküz sakitləşməyib. Buna görə də, Rizədəki əlaqədar qurumlardan kömək istənilib. Hadisə yerinə gələn qruplar öküzə sakitləşdirici iynə vurublar.

Bir müddət müqavimət göstərən öküz 1 saatlıq mübarizədən sonra sahibləri tərəfindən kəsilib.

Mənbə:TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

YAP nümayəndə heyəti AK Partinin qurultayında iştirak edib

Bugün TV

MN: “Qardaş Türkiyəmizin Zəfər Bayramının 100 illiyini təbrik edirik!”

Aynur Camal

Sənətçilər Qəzzada hücumları dayandırmağa çağırdılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu