ABŞ-ın Montana ştatında meşəlik ərazidə qəzaya uğrayan kiçik təyyarə qurbanlardan birinin taxdığı ağıllı saat sayəsində yerləşib. Qəza nəticəsində 3 nəfər həlak olub.
Gallatin qraflığının şerif ofisinin məlumatına görə, Montana ştatında sıx meşəlik ərazidə qəzaya uğrayan təyyarənin qalıqları qurbanlardan birinin ağıllı saatları sayəsində tapılıb. Qəza nəticəsində təyyarədə olan hər üç nəfər həlak olub.
Qurbanların 60 yaşlı Rodni Konover və Tennessi ştatından olan 23 yaşlı Madison Konover və Yuta ştatından 55 yaşlı Kurt Enok Robi olduğu müəyyən edilib.
Təyyarənin cümə axşamı gecə yarısından əvvəl West Yellowstone hava limanından havaya qalxdığı bildirilir. Lakin az sonra ABŞ Nəqliyyat Departamentinin Aviasiya Bürosu təyyarənin yerini itirdiyini bildirdi və yerli hakimiyyət orqanlarından kömək istədi.
Ağıllı saat siqnalı təlimat verdi
Axtarış-xilasetmə qrupları cümə günü günortadan sonra sərnişinlərin ağıllı saatlarından birindən əldə edilən yer məlumatlarından istifadə edərək, Qərbi Yelloustounun cənubundakı ucqar ərazidə dağıntılara çatdılar.
İki ayrı kəşfiyyat təyyarəsi qəza yerini müəyyənləşdirdi, lakin ekipajların qurudan sıx meşəlik əraziyə çatması saatlarla çəkdi. Şerifin ofisindən verilən açıqlamada, “Axtarış və xilasetmə qrupları təyyarənin yerini müəyyənləşdirib və hər üç sərnişinin öldüyünü təsdiqləyib”.
Cəsədlər təyyarədən çıxarıldıqdan sonra vertolyotla ərazidən çıxarılaraq şərifin müavini tərəfindən həkim-ekspertizalara təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı dərhal açıqlama verməyib. FAA-nın təhlükəsizlik məlumat bazasına əsasən, qəzaya uğrayan təyyarə tək mühərrikli Piper Cherokee variantı olub. Təyyarədə iki pilot və bir sərnişin olub.
Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) FAA ilə birlikdə qəzanın səbəbini müəyyən etmək üçün araşdırmaya başlayıb. Son vaxtlar ərazidə küləyin sürətinin 20 mil/saat keçdiyi, gecə temperaturunun aşağı olduğu, gündüz temperaturun isə 25 dərəcə Selsi civarında olduğu bildirilir.
Gallatin Şerifi Dan Springer qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Mənbə: TrtHaber