25 C
Baku
20 İyul 2025, 7:45
Baş xəbərDünya

Qəzetlər bunu ‘möcüzə’ elan etdi… 8 yaşında meşədə tək qaldı

Bugun.tv xəbər verir ki, ABŞ-da meşədə 8 yaşlı uşaq yoxa çıxandan iki gün sonra tapılıb. Kiçik uşağın qurumuş budaqların altında yatdığı və qar yeyərək sağ qaldığı öyrənilib.

Məlumata əsasən, Miçiqan ştatında ailəsi ilə düşərgə salan 8 yaşlı Nante Niemi mayın 6-da odun yığmaq üçün düşərgəni tərk edib və saatlarla geri qayıtmayıb.

Oğlunu düşərgədə axtaran, lakin tapa bilməyən valideynlər günortadan sonra təşvişə düşüb və polisə zəng edərək onun itkin düşdüyünü bildiriblər.

9 K9 polis itinin müşayiəti ilə 150 ​​nəfərlik qrup havadan və qurudan ərazini araşdırmağa başlayıb, lakin 8 yaşlı Nanteni tapmaq mümkün olmayıb. Ərazidə cib telefonu əhatə dairəsinin olmaması axtarışı daha da çətinləşdirib.

Nantenin şagirdi olduğu Hurley məktəbinin könüllüləri də axtarışlara qoşulub.

Ştat polisi bildirib ki, oğlan bir müddət qarla örtülmüş kələ-kötür yolda gəzirdi, lakin sonda gözləməyin məntiqli həll yolu olduğuna qərar verdi.

Uşağın iti zəkası sayəsində sağ qala bildiyinə işarə edən polis, “Gecə şaxtalı soyuğa dözmək üçün üzərinə quru yarpaq və budaq görtüb, ağacların altında yatıb. Və təmiz qar yeməklə susuzluq problemini həll edib.”

Axtarış qrupları tərəfindən ailəsinə təhvil verilən 8 yaşlı uşağın səhhətinin yaxşı olduğu bildirilib.

Ailə axtarış-xilasetmə işlərində iştirak edən polisə və könüllülərə təşəkkür edib.

Nantenin xilas hekayəsi bu gün dünya mətbuatında böyük əks-səda doğurdu. Qəzetlər 8 yaşlı uşağın xilas edilməsini “möcüzə” kimi qiymətləndirib.

Mənbə: Yahoo.com

Aynur Camal

Oxşar xəbərlər

Suriya ilə bağlı qərar: Bəzi sanksiyalar qaldırıldı

Aynur Camal

Ən azı 150 xəstə tibbi yardımdan məhrum edildi – TV

İntizar Əmirova

“Azərbaycan qlobal siyasətin fəal aktorudur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu