4 C
Baku
8 Fevral 2026, 10:36
Baş xəbərDünya

Qəzzəyə hücumlar davam edir: 19 şəhid

Qəzzaya qarşı soyqırımlı işğal rejiminin həyata keçirdiyi hücumlarda 19 fələstinli şəhid olub, onlarla fələstinli yaralanıb.

Sionist işğalçı rejimin Qəzzada dinc əhaliyə qarşı hücumları davam edir.

Qatil rejim Qəzzanın müxtəlif yerlərində mülki evlərə və vətəndaşların toplaşdığı yerlərə hücumlar həyata keçirib.

Fələstin xəbər agentliyi WAFA-nın səhiyyə mənbələrindən verdiyi xəbərə görə, Nusayrat Qaçqınlar Düşərgəsində Əbu Ataya və Əbu Şumeys ailələrinin evlərinə edilən hücumlarda aralarında uşaqların da olduğu 13 fələstinli şəhid olub.

Qəzza şəhərinin şərqindəki Et-Tuffah rayonunda köçkünlərin sığındığı “Əş-Şücaiyyə” məktəbinə edilən hücumda 6 nəfər şəhid olub.

Hücumlarda onlarla insan yaralanıb.

Fələstinin Qəzzada Səhiyyə Nazirliyi işğalçı sionist rejimin hücumlarında indiyədək 41 min 615 nəfərin şəhid olduğunu açıqlayıb.

Xəsarət alanların sayının 96 min 359-a yüksəldiyi bildirilib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu