16 C
Baku
17 Oktyabr 2025, 0:26
DünyaSiyasət

“Qəzza sammiti atəşkəsi gətirsə də, İsrail və Fələstin arasında fundamental problemlərin həlli qalır..”

Misirdə ABŞ prezidenti Donald Trampın birbaşa vasitəçiliyi ilə Qəzzada dayanıqlı atəşkəsin əldə edilməsi məqsədilə sammit keçirildi.

Sammitə digər ölkələr də dəvət edilsə də, əsas iştirakçılar – Misir, Türkiyə və Qətər liderləri – “Qəzza planı”nda yer aldılar.

İki il davam edən Həmas–İsrail hərbi toqquşmalarına son qoyan bu razılaşma bölgədə mühüm siyasi hadisədir. ABŞ prezidenti D. Tramp bu atəşkəs sənədini “sülh və üç minillik münaqişəyə son qoyan addım” kimi dəyərləndirdi. Bununla belə, sənəd Qəzzada atəşkəsin təmin olunması və Həmasın idarəetmədən çəkilməsini nəzərdə tutur, lakin İsrail–Fələstin münaqişəsini köklü şəkildə həll etmir və sülh sazişinin hüquqi əsaslarını özündə ehtiva etmir.

Sammit, həmçinin, Fələstin dövlətinin Böyük Britaniya başda olmaqla bir sıra Qərb ölkələri tərəfindən tanınması fonunda baş tutdu. Azərbaycan isə hələ 1992-ci ildən Fələstini dövlət kimi tanıyıb və diplomatik əlaqələr qurub.

Lakin keçirilən sammit iki xalq arasında fundamental problemləri həll etmədi.

Donald Tramp, əgər siyasi iradə göstərilsəydi, tərəfləri “yekun sülh müqaviləsinə” də yaxınlaşdıra bilərdi.

Bu xüsusilə Fələstin dövlətinin İsrail tərəfindən tanınması və “iki dövlətli həll planının” reallaşdırılması baxımından əhəmiyyətli olardı. Hazırda İsrail və Fələstin arasında sülh müqaviləsi mövcud deyil. İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin dövlətini və xalqının siyasi hüquqlarını qəbul etmir, həmçinin Fələstin dövlətinin beynəlxalq səviyyədə tanınmasına qarşı çıxır.

Yeni geosiyasi nizamda isə Fələstin dövlətinin tanınması artıq labüd görünür. BMT-nin “iki dövlətli həll planı” iki xalq arasında dayanıqlı sülhün əsas istiqamətidir. Mövcud de-fakto sərhədlər çərçivəsində Fələstin dövlətinin tanınması və İsrailin də bunu qəbul etməsi həm regional sabitlik, həm də hər iki xalqın mənafeyinə xidmət edəcək. İsrail Fələstinin tanınmasından imtina etdikcə, regionda dayanıqlı sülhün əldə edilməsi mümkün olmayacaq.

Məhəmməd Əsədullazadə Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

Tramp Nurməhəmmədovu bütün zamanların ən böyük döyüşçüsü adlandırıb

Aynur Camal

Uçan ev həqiqətən mövcuddur

Aynur Camal

Milli Məclisin deputatı Sevinc Hüseynova seçicilərlə görüş keçirib Fotolar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu