12 C
Baku
23 Oktyabr 2024, 4:32
Dünya

Qəzza və Livana hücumların gündəlik dəyəri açıqlandı

İsrailin bir ildən artıqdır ki, Yaxın Şərqdə həyata keçirdiyi qətliamın maliyyəti üzə çıxıb.

İsrail mediası Qəzza və Livana hücumların gündəlik xərcinin 500 milyon şekelə (133 milyon dollar) yüksəldiyini açıqlayıb. İsrail Maliyyə Nazirliyinin yüksək rütbəli rəsmisi üçüncü dəfə büdcəni aşacaqlarını bəyan edib.

İsraildə yerləşən Ynet xəbər saytında dərc olunan məlumata görə, Qəzza zolağında davam edən münaqişələr və Livanda müharibənin genişlənməsi İsrailə böyük iqtisadi yük gətirib. Xəbərdə İsrailin Qəzza və Livana qarşı 50 günlük əməliyyatlarının ümumi dəyərinin 25 milyard şekelə (təxminən 6,6 milyard dollar) çatdığı bildirilib.

Müharibənin qiymətinin sürətlə artmasının mühüm səbəblərindən birinin son həftələrdə Livan cəbhəsinə göndəriləcək on minlərlə ehtiyat əsgərin çağırılması olduğu bildirilib.

Müharibə üçün nəhəng büdcə!

Xəbərdə Qəzza və Livandakı qarşıdurmaların gündəlik xərcinin 500 milyon şekel (təxminən 133 milyon dollar) olduğu, İsrail ordusunun hər gün böyük miqdarda sursat xərclədiyi və yüzlərlə yüksək qiymətli hava hücumundan müdafiə raketindən istifadə etdiyi bildirilib.

TEK HÜCUMDA 6,6 MİLYON DOLLAR!

Təkcə Hizbullah lideri Həsən Nəsrullahı öldürən hava hücumunun 25 milyon şekelə (6,6 milyon dollar) başa gəldiyi bildirilərkən, İsrail Maliyyə Nazirliyinin adı açıqlanmayan yüksək rütbəli rəsmisi bunları söylədi: “İsrailin artan müharibə xərcləri və ABŞ-ın 18 milyard şekel (4,86 milyard dollar) məbləğində yardımını gələn ilə təxirə salması səbəbindən hökumətin 2024-cü il büdcəsini üçüncü dəfə ötəcəyi proqnozlaşdırılır”.

Xəbərdə bu şəkildə həm Qəzza zolağında, həm də Livanda müharibəni davam etdirməyin İsrail iqtisadiyyatı üçün çətin olacağına diqqət çəkilib.

Təl-Əviv rəhbərliyi 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hərtərəfli hücumları ilə yanaşı, sentyabrın 23-dən etibarən də Livana hərtərəfli hücumlara başlayıb.

İsrailin 10 günlük hücumunun dəyəri Türkiyədə tikilən Yavuz Sultan Səlim körpüsünün dəyəri ilə eynidir. 2016-cı ilin avqustunda istifadəyə verilən körpünün həmin il 1,31 milyard dollara başa gəldiyi bildirilir.

Çində 2540 kilometr uzunluğunda dünyanın ən uzun magistral yolu 2,5 milyard dollara tikilib. Bu xərc 19 günlük hücumlara bərabərdir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

BVF:”İran büdcə kəsirini bağlaya bilməyib”

Aynur Camal

Əfqanıstanda terror aktı baş verdi, ölənlər var

Nigar Məmmədova

“Planet-qatil” adlandırılan astroid yer kürəsi ilə kəsişə bilər.

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu