Bugun.tv xəbər verir ki, İsrailin blokadasına aldığı Qəzza zolağında yeganə elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən işlək vəziyyətdə qalıb və bölgənin elektrik enerjisi təchizatı tamamilə kəsilib. Mühasirəyə alınan şəhərdə nə işıq, nə su, nə qaz var.
TRT Haber-in məlumatına görə, İsrailin blokadasına aldığı Qəzza zolağındakı yeganə elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən istismardan çıxanda 2 milyondan çox əhalisi olan bölgəyə elektrik enerjisi verilişi tamamilə kəsilib. Mühasirəyə alınan şəhərdə nə işıq, nə su, nə qaz var. Qəzzada yaşayan dinc sakinlər ərazidə ilişib qalıb. İsraildən tam blokada əmri: Elektrik yoxdur, yemək yoxdur, yanacaq yoxdur.mİsraildən tam blokada əmri: Elektrik yoxdur, yemək yoxdur, yanacaq yoxdur. İsrailin energetika naziri Yisrael Katz İsraildən Qəzza zolağına gedən su borularında su axınının dayandırıldığını bildirib. Katz X sosial media platformasındakı paylaşımında İsrailin Qəzza zolağına elektrik enerjisinin verilməsini dayandırmaq göstərişini imzaladığını açıqlayıb. Katz başqa bir yazısında “İsraildən Qəzzaya su axınının dərhal dayandırılmasını əmr etdim. Dünən elektrik və yanacaq kəsildi. Daha əvvəl baş verənlər bundan sonra olmayacaq” dedi. İsrailin müdafiə naziri Yoav Gallant da Qəzza zolağına tam blokada tətbiq edəcəklərini, bölgəyə elektrik, qida və yanacaq verilməyəcəyini bildirib.
Müxbir: İntizar Əmirova