18 C
Baku
8 Sentyabr 2024, 6:34
Dünya

“Qəzzada atəşkəs olmasa, bir nəsil yox olacaq”

UNRWA-nın komissarı General Lazzarini xəbərdarlıq edib ki, İsrailin hücumları altında olan Qəzza zolağında atəşkəs əldə olunmasa, bir nəsil məhv olacaq.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Philippe Lazzarini, bu barədə açıqlama verib.

Uşaqların dünyanın heç bir yerində heç bir uşağın görməməsi və yaşamaması lazım olan hadisələri yaşadıqlarına diqqət çəkən UNRWA-nın Baş Komissarı çoxlu sayda insanın öldüyünü və yaralandığını, sağ qalanların isə dərin travmalar yaşadığını qeyd edib.

O bildirib ki, İsrailin hücumları nəticəsində uşaq məktəbləri dağıdılıb və onlar bütün tədris ilini təhsilsiz və oyunsuz itiriblər.

Hücumların Qəzzada uşaqların uşaqlığını oğurladığını ifadə edən və atəşkəsə çağıran Lazzarini, Qəzzada atəşkəs olmasa, bir nəsil itiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 517-si uşaq, 10 min 279-u qadın olmaqla 37 min 232 fələstinli həlak olub, 85 min 37 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TrtHaber

İntizar Əmirova

Oxşar xəbərlər

İngiltərə komandası Mbappe üçün yarışa girib

Bugün TV

Leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri 115 nəfərin həyatına son qoydu

Aynur Camal

Qəzzanın cənubunda internet xidmətləri kəsilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu