Qəzza üçün atəşkəs danışıqları ABŞ, Qətər və Misirin çağırışı ilə yenidən Dohada keçiriləcək. HƏMAS danışıqlarda iştirak etməyəcəyini açıqlayıb. İsrail mətbuatının yazdığına görə, bu danışıqlar atəşkəs üçün son şansdır. Qəzza üçün atəşkəs danışıqları bu gün Qətərin paytaxtı Dohada keçiriləcək. Həmas ABŞ, Misir və Qətərin vasitəçilik rolunu oynadığı danışıqlarda iştirak etməyəcək. HƏMAS ABŞ prezidenti Co Baydenin təqdim etdiyi və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təsdiq etdiyi atəşkəs razılaşması üzrə danışıqların davam etdirilməsinin tərəfdarıdır. HƏMAS-ın masa arxasında oturması şərti aradan qaldırıldıqdan sonra danışıqlarda iştirak etməmək qərarına gəlib.
Atəşkəs rejimini dəyişməkdə günahlandırılır
HƏMAS İsraili ABŞ prezidenti Co Baydenin təqdim etdiyi razılaşdırılmış atəşkəs mətninə yeni əlavələr etməkdə ittiham edir. Baş nazir Benyamin Netanyahu isə vəziyyətin tam əksinə olduğunu iddia edir. Netanyahu həmçinin HƏMAS-ın yeni lideri Yəhya Sinvarı atəşkəs üçün maneə kimi görür.
“The New York Times” qəzeti İsrailin iyulun 27-də beş yeni şərti ehtiva edən məktub göndərdiyini yazıb. Təl-Əviv bunu təkzib edərək, “Müqavilənin şərtləri dəqiqləşdirilib” deyib.
Həmçinin, HƏMAS-ın may ayında atəşkəs mətninə 29 dəyişiklik tələb etdiyi və bu maddələrin Netanyahu tərəfindən rədd edildiyi bildirilib.
Dohada keçiriləcək danışıqlarda ABŞ-ı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns və Yaxın Şərq üzrə nümayəndəsi Brett Makqurk təmsil edəcək. Vaşinqtonun gözləntisi Qəzza ilə bağlı atəşkəs qərarının İranın İsrailə qarşı cavab hücumunun qarşısını almasıdır.
İsrail nümayəndə heyətinə İsrail Kəşfiyyatının rəhbəri David Barnea və Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar daxildir.
ABŞ-da yerləşən “Axios” xəbər saytı iki ABŞ mənbəsinə istinadən yazıb ki, Tramp və Netanyahu telefonda atəşkəs danışıqlarını müzakirə ediblər. Mənbələrdən birinə istinadən verilən xəbərdə, telefon danışığının məqsədinin Trampın Netanyahunu HƏMAS ilə razılığa gəlməyə təşviq etməsi olduğu, lakin Trampın Netanyahuya nə dediyi dəqiq bilinmədiyi bildirilib.
Xəbərdə həmçinin qeyd olunub ki, İsrail Baş Naziri dəftərxanası telefon danışığını təkzib etməyib, lakin Trampın seçki kampaniyası komandası açıqlama verməyib.
HƏMAS-ın müsbət qarşıladığı və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Baydenin təklif etdiyi atəşkəs mətni üç mərhələdən ibarət idi. Birinci mərhələ 6 həftəlik atəşkəs, İsrail əsgərlərinin sıx məskunlaşmış ərazilərdən çıxarılmasını və fələstinli əsirlərin, ilk növbədə qadınların, qocaların, xəstə və ya yaralı girovların mübadiləsini nəzərdə tuturdu.
İkinci mərhələdə bütün girovların azad edilməsi və daimi atəşkəs; Son mərhələdə Qəzzanın yenidən qurulması planlaşdırılırdı. HƏMAS hazırda 111 girovu saxlayır, onlardan 39-nun öldüyü güman edilir.
Mənbə: TGRT