8 C
Baku
12 Dekabr 2024, 11:57
Dünya

Qəzzada dəri xəstəliklərinin artması

Qəzzada sıxlıq və təmiz suyun olmaması səbəbindən epidemik xəstəliklərin sürətlə yayıldığı, qaçqın mərkəzlərində yeni dəri xəstəliklərinin ortaya çıxdığı bildirilib.

Qəzzanın mərkəzi hissəsindəki Deyr əl-Bələhdəki Nahil Tibb Mərkəzinin rəsmisi Sami Həmid Qəzzada dəri və ət aşınmasına səbəb olan bir sıra dəri xəstəlikləri qeydə aldıqlarını bildirib.

Sözügedən dəri xəstəliklərinin səbəbinin hazırda qaçqın düşərgələrində tapılan həşərat dişləmələri ola biləcəyini ifadə edən Həmid, yeni dəri xəstəliyinin kəskin dəri iltihabı olaraq başladığını, günlər içində dəri və ət eroziyası halına gəldiyini və sümüklərə doğru irəlilədiyini bildirib.

Həmid, xəstələrin lazımi tibbi müayinə və müalicələr üçün Deyr əl-Belahın şərqindəki Əqsa Şəhidləri Xəstəxanasına köçürüldüyünü, daha da pisləşmədən müalicə olunaraq nəzarət altına alındığını bildirib.

Qəzzanın mərkəzi və cənub hissəsindəki düşərgələrin əsas infrastruktur və xidmətlərdən məhrum olduğunu bildirən Həmid küçələrdə yığılan zibillərin və çadırların yaxınlığındakı kanalizasiya sularının bu xəstəliklərin yayılması və həşəratların çoxalması üçün təhlükəli yuva olduğunu, beləliklə də vəziyyəti daha da pisləşdirdiyini qeyd edib.

Qəzzada məcburi köçkünlər təkrar yerdəyişmələr və düşərgələrdə su təchizatı və zibil atılması kimi əsas xidmətlərin olmaması, habelə sağlamlıq və ətraf mühit böhranlarının pisləşməsi səbəbindən çətin humanitar şəraitdə yaşayırlar.

BMT-nin humanitar agentlikləri xəbərdarlıq ediblər ki, Qəzza zolağında xroniki su çatışmazlığı və tullantıların idarə olunmaması səbəbindən yoluxucu xəstəliklərin yayılması riski artıb.

Mənbə:  İLKHA

Aynur Camal

Oxşar xəbərlər

“ABŞ “çirkli əllərini” Türkiyədən çəkməlidir”

Aynur Camal

WhatsApp-dan fırıldaqçılar üçün pis xəbər: Mesajlar avtomatik bloklanacaq

Aynur Camal

Yaponiyada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 48 nəfərə çatdı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu