15 C
Baku
27 Oktyabr 2025, 8:01
Baş xəbərDünya

Qəzzada gün ərzində davam edən hücumlarında 26 nəfər öldü

İsrailin Qəzza zolağına səhər saatlarından bəri davam edən hücumlarında 26 fələstinlinin həyatını itirdiyi bildirilib.

İsrailin blokada altındakı Qəzza zolağına qarşı hücumları və qırğınları davam edərkən, bölgədən yeni təfərrüatlar gəlməyə davam edir.

Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal verdiyi yazılı açıqlamada, İsrailin çərşənbə axşamı Qəzza zolağının şimalından cənubdakı Rəfah sərhəddinə qədər müxtəlif bölgələrdə hücumlarını davam etdirdiyini bildirib.

Qəzza zolağının şimalında və mərkəzi hissəsində, Deyr əl-Belah, Berik Qaçqınlar Düşərgəsi, Xan Yunus və Rəfah şəhərində can itkisinin olduğunu bildirən Basal, aralarında uşaqların da olduğu cəmi 26 fələstinlinin həyatını itirdiyini qeyd edib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiyanın müdafiə naziri: “Afrika ilə hərbi əməkdaşlığı inkişaf etdirəcəyik”

Bugün TV

“Çəkinin yarısı uçdu”: Qadın iki məhsulu xaric etməklə 50 kiloqram arıqladı

Aynur Camal

Balina oğlunu udduğu anlar lentə alınıb VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu