Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) işğal rejiminin hücumlarına məruz qalan Qəzzada hər 10 nəfərdən 9-nun məcburi köçkün edildiyini bildirib.
UNRWA-nın sosial media hesabından işğal rejiminin hücumları nəticəsində Qəzzada didərgin düşən fələstinlilərlə bağlı açıqlama verilib.
Bəyanatda Qəzzada təhlükəsiz yer olmadığı vurğulanıb və bölgədəki insanların gedəcək yerləri olmadığı diqqətə çatdırılıb.
Açıqlamada, təxminən 2,3 milyon əhalisi olan Qəzzada hər 10 nəfərdən 9-nun məcburi köçkün edildiyi vurğulanıb.
Bildirilib ki, məcburi köçkün fələstinlilər tapa bildikləri yerlərə, o cümlədən, dolu məktəblərə, dağılmış binalara, qum üzərində tikilmiş müvəqqəti çadırlara, hətta zibil yığınlarının olduğu ərazilərə sığınmağa çalışıblar.
İşğal rejiminin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlar səbəbindən Qəzza əhalisinin əksəriyyəti dəfələrlə məcburi köçkün vəziyyətinə düşüb.
Mənbə: İLKHA