24 C
Baku
11 Sentyabr 2025, 5:07
Baş xəbərDünya

Qəzzada İsrail ordusunun daha üç əsgəri həlak oldu

İsrail ordusu Qəzza sektorunda HƏMAS ilə döyüşlərdə daha üç əsgərin öldüyünü təsdiqləyib.

Bugun.tv xəbər verir ki, “The Times of Israel” qəzeti bu barədə SAXAL-ın mətbuat xidmətinə istinadla məlumat yayıb.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, Qəzza sektorunda başlayan əməliyyatların gedişində İsrail ordusunun azı 167 hərbçisi həlak olub. Beləliklə, münaqişənin şiddətlənməsindən bəri ölən israilli əsgərlərin sayı ümumilikdə 501 nəfərə çatıb.

Xatırladaq ki, noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında dördgünlük humanitar atəşkəs əldə olunmuşdu. Razılaşmaya əsasən, İsrail həbsxanalarındakı fələstinli yeniyetmə və qadınların azad edilməsi müqabilində Qəzza sektorunda saxlanılan bir qrup girov azadlığa buraxılmışdı. Atəşkəs rejimi eyni şərtlərlə noyabrın 27-də daha iki gün uzadılmışdı.

Dekabrın 1-də İsrail ordusu HƏMAS hərəkatını atəşkəsi pozmaqda ittiham edərək Qəzzada yenidən hərbi əməliyyatlara başlayıb.

Aynur Camal

Oxşar xəbərlər

Bazara silahlı hücum olub

Bugün TV

Fazil Məmmədovun dəfn vaxtı və yeri müəyyənləşib

Bugün TV

“Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu