İsrail ordusunun bu səhər Qəzza şəhərində köçkünlərin sığındığı məktəbə təşkil etdiyi hücumda ölənlərin sayı 12-yə yüksəlib.
Fələstinin rəsmi xəbər agentliyi WAFA, İsrailin vurduğu Qəzza şəhərinin Ed-Derec rayonundakı Tabin məktəbində can itkisinin artdığını bildirib.
Köçkün fələstinlilərin sığındığı məktəbdə həyatını itirənlərin sayının 12-yə yüksəldiyi qeyd edilib.
Səhiyyə mənbələri İsrailin bu səhər Tabin məktəbinə hücumu nəticəsində 3-ü uşaq olmaqla 10 nəfərin öldüyünü, çox sayda insanın isə yaralandığını bildirib.
İsrail bundan əvvəl də Tabin məktəbində qətliam törətmişdi
Köçkün fələstinlilərin sığındığı Qəzzadakı Tabin məktəbi bundan əvvəl də İsrailin qanlı qətliamına səhnə olmuşdu.
İsrail döyüş təyyarələri avqustun 10-da Tabin məktəbini bombalayıb və hücumda aralarında qadın və uşaqların da olduğu ən azı 100 fələstinli həyatını itirib.
Mənbə: TrtHaber