24 C
Baku
19 Sentyabr 2024, 19:55
Baş xəbərDünya

Qəzzada körpələr öldürülür

Qəzzada Fələstin Səhiyyə Nazirliyi İsrail ordusunun oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ən azı 710 körpənin öldürüldüyünü açıqlayıb. İsrail 7 oktyabr 2023-cü ildən Qəzzanı bombalamağa davam edir.

Qəzzanı açıq həbsxanaya çevirən İsrail 41 mindən çox günahsız insanın ölümünə səbəb olub.

Həm havadan, həm də yerdən bombalar ataraq məhəllələri yerlə-yeksan edən İsrail günahsız körpələrə belə rəhm etmir.

Qəzzadakı Fələstin Nazirliyi açıqlamasında İsrail tərəfindən öldürülən körpələrin sayını açıqlayıb.

Nazirliyin açıqladığı və 7 oktyabr 2023-31 avqust 2024-cü il tarixləri arasında həyatını itirən fələstinlilərin şəxsiyyətlərinin yer aldığı siyahıda 11 min 983-ü azyaşlı olmaqla 34 min 344 fələstinlinin adı İsraillilər tərəfindən öldürülüb.

Siyahıda İsrailin Qəzza zolağında 1 yaşdan kiçik ən azı 710 körpəni öldürdüyü qeyd edilib.

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölənlər arasında təsbit edilən qadınların sayının 6 min 297 olduğu bildirilib.

İsrailin hücumlarında ölən fələstinlilərin 60 faizinin qadın, uşaq və qoca olduğu vurğulanıb. Bundan əlavə, 60 yaşdan yuxarı 2734 fələstinlinin adı siyahıya salınıb.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında həyatını itirən çox sayda insanın cəsədləri bombaların təsiri ilə əriyir və ya İsrail əsgərlərinin maneələri səbəbindən xəstəxanalara çatdırıla bilmir.

Səhiyyə Nazirliyi xəstəxanalara çatdırılan cəsədlərin şəxsiyyətini müəyyən edə bilsə də, dağılmış binaların dağıntıları altında itən, bədəni deformasiyaya uğrayan və ya maneələr üzündən xəstəxanaya çatdırıla bilməyən xeyli insan var.

16 MİN UŞAQ, 11 MİN QADIN…

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 226 fələstinli ölüb, 95 min 413 nəfər yaralanıb, 10 min fələstinli isə itkin düşüb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

“Hər hansı bir hərəkət heç olmamasından daha yaxşıdır”

Aynur Camal

Ev dustaqlığında olan prezidentin yeməyi tükənir.

Kəmalə Sultan

Uçuş aparatlarının şəhər üzərində uçmasına qadağa qoyuldu

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu