11 C
Baku
17 Aprel 2025, 5:45
Baş xəbərDünya

Qəzzada ölənlərin sayı 40 minə çatıb

İsrailin ölüm yağdırdığı Qəzzada can itkisi 39 min 623-ə yüksəlib.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin Qəzza zolağına 304 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 3 qırğın törətdiyi vurğulanan açıqlamada, son gündə hücumlarda daha 40 fələstinlinin həyatını itirdiyi, 71 mülki vətəndaşın isə yaralandığı bildirilib.

Açıqlamada, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 39 min 623, yaralıların sayının isə 91 min 469-a yüksəldiyi bildirilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğuna diqqət çəkib, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədikləri vurğulanıb.

Mənbə:  Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Baş Dövlət Yol Polisi İdarəsinin təbriki

Aynur Camal

Kainatdakı hər şey buxarlanacaq! ALİMLƏR ARAŞDIRDILAR

Teymur Əziz

Ərəb və İslam ölkələri Qəzzada atəşkəsin pozulmasından qorxurlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu