8 C
Baku
7 Fevral 2026, 21:03
Baş xəbərDünya

Qəzzada ölənlərin sayı artmaqdadır

İşğalçı İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 48 min 572-yə yüksəldiyi açıqlanıb.

İsrailin yeni hücumlarında həyatını itirən 15-i dağıntılar altından çıxarılan 30 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yanvarın 19-da İsrail ilə Həmas arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatı paylaşıb. Bildirilib ki, son 24 saat ərzində xəstəxanalara 30 ölü və 51 yaralı gətirilib.

İsrailin atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 14 nəfərin həyatını itirdiyi, 15 nəfərin cəsədinin dağıntılar altından çıxarıldığı bildirilib. İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 48 min 572, yaralıların sayı isə 112 min 32-yə yüksəlib.

HƏMAS ilə əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozur.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu