25 C
Baku
20 İyul 2025, 7:59
Dünya

Qəzzada qurbanlar ağırlaşır: Şəhidlərin sayı 40 minə çatıb

İşğal rejiminin Qəzza zolağında 7 oktyabr 2023-cü il tarixindən bu yana həyata keçirdiyi hücumlarda şəhid olanların sayı son 24 saatda 32 nəfər artaraq 39 min 929-a çatıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada işğalçıların Qəzza zolağına 312 gündür hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada işğal ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 2 qırğın törətdiyi, bu hücumlarda daha 32 fələstinlinin şəhid olduğu, 88 fələstinlinin isə yaralandığı bildirilib.

İşğal rejiminin oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda şəhidlərin sayının 39 min 929-a, yaralıların sayının isə 92 min 240-a yüksəldiyi qeyd edilib.

Mənbə:  İLKHA

İntizar Əmirova

Oxşar xəbərlər

İsveçrə 11 Fələstin və İsrail qeyri-hökumət təşkilatına maliyyə dəstəyini dayandırdı

Bugün TV

Nazir Hakan Fidan ABŞ Dövlət Departamentinin müşaviri Bassı qəbul edib

İntizar Əmirova

52 il əvvəl yoxa çıxan qadın sağ-salamat tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu