16 C
Baku
16 Noyabr 2025, 2:28
Baş xəbərDünya

Qəzzada səssiz qalan silahlar Qərb Şəriyəyə qarşı yönəldildi! Ceninə hücum: Çoxlu ölü və yaralı

Atəşkəs səbəbindən Qəzzaya hücumlarını dayandırmalı olan İsrail indi də İordan çayının qərb sahilində qırğınlara başlayıb. Cenin şəhərinə edilən hücumlarda 7 nəfər ölüb, 35 nəfər yaralanıb.

İsraillə HƏMAS arasında əldə olunan atəşkəsdən sonra Qəzzada səssiz qalan silahlar İordan çayının qərb sahilinə yönəldilib. İsrail “Dəmir divar əməliyyatı” adı ilə Cenin şəhərinə hücuma keçib. Çox sayda İsrail əsgərinin, xüsusi təyinatlıların və kəşfiyyat personalının iştirak etdiyi hücumda 7 fələstinli həyatını itirib, 35 fələstinli də yaralanıb.

İsrailin baş naziri Binyamin Netanyahu İrandan Ceninə hücumlar üçün pərdə kimi istifadə edib. X. sosial media hesabında paylaşım edən Netanyahu bunları yazıb:

“İsrail Müdafiə Qüvvələri, İsrail Daxili Kəşfiyyat İdarəsi Şin Bet və İsrail polisi bu gün Cenində terrorizmi aradan qaldırmaq üçün hərtərəfli və əhəmiyyətli hərbi əməliyyata başlayıb. Bu, Yəhudeya və Samariyada (Qərbi Sahil) qarşıya qoyduğumuz məqsədə çatmaq üçün daha bir addımdır.

İran oxunun təsir dairəsini genişləndirdiyi hər yerdə (Qəzzə, Livan, Suriya, Yəmən, Yəhudeya və Samariyada) sistemli və qətiyyətlə hərəkət edirik və səylərimiz davam edəcək”.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Qanunsuz stomatoloji laboratoriyada əməliyyat: 7 nəfər saxlanıldı

Teymur Əziz

Titanikin 113 illik sirləri üzə çıxdı: Onun işıqları batana qədər yandı

Aynur Camal

İran: Biz İsrailə qurudan hücum edə bilərik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu