Dünya

Qəzzada son 24 saatda 136 nəfər öldü

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 136 nəfər artaraq 53 min 475 nəfərə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.

Bildirilib ki, son 24 saatda 11-i dağıntılar altından çıxarılan 136 ölü, 364 yaralı Qəzzada xəstəxanalara çatdırılıb.

İsrail ordusunun yanvarın 19-da Qəzzada razılaşdığı atəşkəsi pozaraq martın 18-dən bu yana həyata keçirdiyi hücumlarda 3340 fələstinlinin həyatını itirdiyi, 9357 nəfərin isə yaralandığı bildirilib.

2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 53 min 475-ə, yaralı sayının isə 121 min 398-ə yüksəldiyi bildirilib.

Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

iPhone-larda təhlükə aşkarlandı

Aynur Camal

BMT: İsrailin hücumuna məruz qalan Livandan Suriyaya 250 min insan keçdi

Aynur Camal

“Qəzzada poliomielit peyvəndinin tətbiqi üçün humanitar fasilə lazımdır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu